Gəncəli idmançı “Böyük Dəbilqə”də mübarizəyə başlayır. Bu haqda 31 mart tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Türkiyənin Antalya şəhərində bu gün “Böyük Dəbilqə” yarışı start götürür. Burada -48 kiloqram çəki dərəcəsində cüdoçumuz Könül Əliyeva da mübarizə aparır. O, ilk rəqibi olan çilili Mari Di Varqas Ley ilə qarşılaşacaq.
Qeyd edək ki, Antalyada “Böyük Dəbilqə” 31 mart - 1 aprel tarixlərində keçiriləcək. Burada 600 cüdoçu mübarizə aparacaq.