Aprelin 2-də saat 10:00-dan etibarən Şəmkir rayonunda 2 358 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gencexeber.az məlumat verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qaracəmilli ortatəzyiqli qaz xəttində, eləcə də həmin xətdən ayrılan qollarda qazsızmaları aşkar edilib. Problemlərin aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılması planlaşdırılıb.
İşlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təchizatı dayandırılacaq.