Gəncədə müayinələr aparılıb. Bu haqda 10 yanvar tarixində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə istinadən məlumat veririk.
İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə aksiya keçirilib. Müayinələr Abbas Səhhət adına 1 saylı Birləşmiş Xəstəxanada aparılıb.
Aksiyaya qoşulan vətəndaşlar öz statuslarını dəqiqləşdiriblər. Onlara təcrübəli mütəxəssislər İİV/QİÇS-yə yoluxma yolları, profilaktikası, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə məlumat veriblər.