Samuxda III Ərik Festivalı keçiriləcək.
Gencexeber.az bildirir ki, bu barədə Gəncə Regional Turizm İdarəsi məlumat yayıb.
Məlumata əsasən, festival proqramı çərçivəsində ziyarətçilər üçün müxtəlif əyləncə tədbirləri, milli musiqi və rəqs çıxışları, kənd təsərrüfatı məhsullarının sərgi və satışı, eləcə də ailəvi istirahət imkanları təqdim olunacaq. Samux rayonunda təşkil olunacaq bu möhtəşəm tədbir regionun aqro və kənd turizminin inkişafına, eləcə də sosial-iqtisadi fəallığın artırılmasına mühüm töhfə verəcək.