top
Hüseynbəylidə qəribə hadisə - Qəbiristanlıqda ağac əkmək istədilər...
31 oktyabr 2025, 10:36
- +

Hüseynbəylidə qəribə hadisə - Qəbiristanlıqda ağac əkmək istədilər...

Qazax rayonu Hüseynbəyli kəndinin sakinləri öz doğmalarının məzarını ziyarət etmək üçün qəbiristanlığa üz tutanda qəribə halla rastlaşıblar.

Bu barədə qafqazinfo.аz-a vətəndaşlar Gülsüm Axundova və Aynur Əhmədova şikayət ediblər. Onların sözlərinə görə, bir neçə kənd sakini qəbiristanlıqda ağac əkmək istəyib. Qəbrin yanında isə şikayətçilərə də məxsus fotolardan düzəldilmiş bir neçə cadu tapılıb.

G.Axundova və A.Əhmədova iddia edir ki, onların fotoları icazəsiz çəkilib. Qadınlar deyir ki, kimliyi onlara məlum olan şəxs çəkdiyi fotolardan cadu məqsədilə istifadə edir, onları qəbiristanlıqda basdırır. Kənd sakinləri əməli törədən şəxs barəsində polisə şikayət ediblər:

"Həmin qadın dövlət qurumlarından birində işləyən oğlu ilə birgə bizim və ailə üzvlərimizin, eləcə də kənddə yaşayan bir neçə digər vəzifəli şəxsin şəkillərini icazəsiz çəkərək və ya əldə edərək qəbiristanlıqda basdırıb. Bu qadın artıq neçə vaxtdır kənddə at oynadır".

Şikayətçilərin iddiasına əsasən, həmin şəxs yaşadıqları evin ətrafında 6 sot torpağı da zəbt edib:

"Bu azmış kimi, bizim həyətyanı torpaqda da dədə-babadan çəkdiyimiz hasarı dağıdaraq 1 sota qədər torpağımızı tutub. Bir neçə gün əvvəl kənd sakinləri öz əzizlərinin üstünə qəbiristanlığa gedəndə ağac əkmək istəyiblər. Qəbrin yanında bir neçə bankada bu qadın tərəfindən çəkilmiş, kənd sakinlərinə və bizim ailəyə məxsus şəkillərin oraya basdırıldığını aşkarlayıblar".

Qadınlar bildiriblər ki, həmin şəxs fotoların bəzilərini 2023-cü ildə onlara məxsus həyətdə icazəsiz olaraq lentə alıb:

"Biz bununla bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət etmişik. Ümid edirik ki, tədbir görüləcək".

Məlumata əsasən, daxil olmuş müraciət əsasında Qazax Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Qeyd edək ki, qanunvericilikdə vətəndaşların bir-birinə cadu və ya bu qəbildən hər hansı əməl törətməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmur.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə kino günləri başlayıb

Bütün xəbərlər
Dünən, 17:38

Gəncədə sürücülər üçün təhlükə

Bütün xəbərlər
Dünən, 17:15

Gəncədə ağacəkmə aksiyası keçirilir

Bütün xəbərlər
Dünən, 16:36

Həbsdən çıxıb Şəmkirə gəldi, atasını döyən şəxsi güllələdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 15:48

Çay evinə apardığı sevgilisini yolda öldürmək istədi - Goranboyda dəhşət

Bütün xəbərlər
Dünən, 15:15

Qəzada ölən Goranboy sakini narkotik daşıyırmış

Bütün xəbərlər
Dünən, 14:38

Türkiyənin tanınmış alimi xəstəxanaya yerləşdirilib

Bütün xəbərlər
Dünən, 13:44

Qadının üzərinə benzin tökərək yandıran vəzifəli şəxsin oğluna hökm oxunub

Bütün xəbərlər
Dünən, 13:08

Attestasiya həyəcanı tanınmış GƏNCƏLİ müəllimin həyatına son qoydu

Bütün xəbərlər
Dünən, 12:27

Gəncəli aktyor: "Təəssüf ki, Dəmiryolçular parkı təmir olunmayıb"

Bütün xəbərlər
Dünən, 11:47

Rəqsanə İsmayılovanın Gəncədə konserti baş tutacaq

Bütün xəbərlər
Dünən, 11:00

Gəncəçay təmizlənilib

Bütün xəbərlər
Dünən, 09:56

Gəncəli aktrisa mükafata layiq görülüb

Bütün xəbərlər
Dünən, 08:49

Gəncədə narkokuryer 1 milyon 600 min manatlıq heroinlə tutuldu

Bütün xəbərlər
10 mart 2026, 18:00

Gəncə şəhərinin Baş planı təsdiqlənib

Bütün xəbərlər
10 mart 2026, 17:14

Gəncədə küləkdən zərər çəkmiş bağçanın damı təmir ediləcək

Bütün xəbərlər
10 mart 2026, 16:05

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Bütün xəbərlər
10 mart 2026, 15:34

Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV EDİLƏCƏK?

Bütün xəbərlər
10 mart 2026, 14:54

Təcili tibbi yardım maşını "VAZ-21011"lə toqquşub

Bütün xəbərlər
10 mart 2026, 14:39

Rus hökmranlığını hədəfə alan Gəncə müqaviləsi – 291 il

Bütün xəbərlər
10 mart 2026, 13:59

Vəzifəli şəxs qəfil vəfat edib

Bütün xəbərlər
10 mart 2026, 13:00

Müğənni Rəqsanənin ev dustaqlığı müddəti uzadıldı

Bütün xəbərlər
10 mart 2026, 12:23

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 mart 2026, 11:40

Gəncədə 69 yaşlı kişini maşın vurub

Oxşar xəbərlər