Gəncədə şəhid ailələri və qazilərə mənzil verilib. Bu haqda 7 iyul tarixində Report-a istinadən məlumat veririk.
Təşəbbüs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilib. Sözügedən şəxslərə MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən tam təmirli mənzillər bağışlanıb. Sənədlərin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və icra başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.
Qeyd edək ki, Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında ümumi olaraq 140 mənzil təqdim olunub.