top
Həlak olan ekipaj üzvlərinin ailələrinə ayda 1800 manat veriləcək
03 yanvar 2025, 13:09
- ↺ +

Həlak olan ekipaj üzvlərinin ailələrinə ayda 1800 manat veriləcək

 

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Modern.аz-ın məlumatına görə, ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Bu gün, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Oxşar xəbərlər