Gəncə sakini polis tərəfindən saxlanılıb. Bu haqda 21 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Gəncə şəhər sakini H. Həsənov saxlanılıb. Onun üzərindən 31 qramdan artıq heroin, 5 qram metamfetamin, nömrəsi silinmiş “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.