Gəncədə bu həftə ərzində keçiriləcək idman tədbirləri müəyyənləşib. Bu haqda 18 iyun tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
21 və 23 iyun tarixlərində keçiriləcək tədbirlər aşağıdakılardır:
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş badminton üzrə şəhər birinciliyi - 21 iyun saat 11:00 (Gəncə şəhər 39 nömrəli tam orta məktəb);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş taekvondo üzrə Gəncə şəhər birinciliyi - 23 iyun saat 9:00 (Gəncə Olimpiya İdman Kompleksi).
İdman tədbirləri Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib.