Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb. Bu haqda 19 yanvar tarixində Oxu.az-a istinadən xəbər veririk.
Gəncə xanı Məhəmmədhəsən xanın dövründə zərbxanada hazırlanan gümüş pul 15 milyon manata təklif olunur. Çəkisi 4,5 qram olan sikkə 1764-cü ildə (hicri 1178) zərb edilib.