Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
Gencexeber.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndində olub.
1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X. Hüseynova və 1990-cı il təvəllüdlü S.Müseyibova dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, vəfat edənlərdən üçü (bir qardaş, iki bacı) bir ailənin üzvü olub, həmin evdə kirayə qalırmışlar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.