top
Gəncənin İstiqlal bağı harada yerləşib?
28 fevral 2026, 16:48
- ↺ +

Gəncənin İstiqlal bağı harada yerləşib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1900-cü ildə Gəncəçayın sol sahili boyu uzanan ərazidə çar Rusiyası imperatorunun adını daşıyan Aleksandr bağı salınıb. Bu bağ indiki Gəncə Dövlət Dram Teatrından Mürsəl ocağına kimi olan ərazini əhatə edirdi. Daha sonra isə bu bulvara "İstiqlal bağı" adı verilib.

Gencexeber.az məlumat verir ki, bağın bu cür adlandırılması Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə əlaqəlidir. Birinci Dünya müharibəsinin yekunları üzrə Parisdə uzun müddət davam edən Versal Sülh Konfransında siyasi xadim Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında AXC-nin nümayəndə heyəti iştirak edib. Onların fəaliyyəti nəticəsində 11 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyi tanındı. Bu xəbər teleqrafla Azərbaycana çatdırılan kimi Bakıda və Gəncədə bayram coşqulu yürüş və tədbirlər keçirildi. Cümhuriyyətin orqanı sayılan "Azərbaycan" qəzetinin 22 yanvar tarixli buraxılışında "Gəncədə istiqlal bayramı" adlı məqalənin sonunda belə bir yazı var idi: "Bu şərəfli gün münasibətilə... Gəncə şəhər İdarəsi Birinci Aleksandr adına olan bağı İstiqlal bağı adlandırmağa qərar verdi".

Sovet dövründə Gəncəçayın sağ sahili də xeyli yaşıllaşdırılmış və hər iki sahili əhatə edən ərazi "Sahil bağı" adlandırılıb.

Bu ərazidə Azərbaycanın tanınmış şəxsiyyətlərinin məzarları da yerləşir. Şair Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edərkən şəhərin Səbiskar qəbiristanlığında dəfn olunsa da, 1947-ci ildə onun nəşi bu bağın ərazisinə köçürülüb və burada büstü qoyulub. Bağdakı digər qəbir isə vaxtı ilə Gəncədə fəaliyyət göstərmiş hərbi pilotlar məktəbinin direktoru, təyyarəçilərin hazırlığı ilə məşğul olmuş polkovnik Leonid Vasilyeviç İvanovun qəbridir. 

2017-ci ildə Gəncəçayın sağ sahilindəki hissə rekonstruksiyalar nəticəsində bulvar halına gətirilib, sol sahilin yaşıl ərazisi isə "Sahil bağı" adını qoruyub saxlayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
05 noyabr 2026, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
05 noyabr 2026, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
05 noyabr 2026, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
05 noyabr 2026, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Oxşar xəbərlər