top
Gəncəliyəm, bax, it kimi gəzdirirəm dedilər, TikTokda yaydılar
01 aprel 2026, 11:22
- +

"Gəncəliyəm, bax, it kimi gəzdirirəm" dedilər, "TikTok"da yaydılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə paytaxtda vətəndaşın boynuna kəmər bağlayıb əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə birlikdə əzab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər.

Aralarında yaranmış mübahisədən sonra Aydın Qurbanov şalvarının kəmərini çıxararaq avtomobildə əyləşmiş Elşən İbrahimovun boynuna keçirib. 

Aydın yol boyu kəmərdən tutaraq mütəmadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi iztirablar verib, qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub.

İttiham aktında göstərilib ki, Aydın Elşənin ünvanına "Qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam...Mənim adım Aydındır, gəncəliyəm, bax, it kimi gəzdirirəm, it kimi... Hamı görsün, hamı da bu gün görəcək" sözlərini səsləndirib. Bu zaman şəxsiyyəti istintaqla araşdırılan Elnur adlı şəxs bunu öz mobil telefonu vasitəsi ilə "TikTok"da canlı yayımda paylaşıb.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər.

Məhkəmənin hökmünə əsasən, Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Bu gün, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Bu gün, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Bu gün, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Bu gün, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər