Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi nüfuzlu universitetlərə qəbul olunub.
Gencexeber.az bildirir ki, FRİTL-ın 11-ci sinif şagirdi Xanlar İsmayılov dünyada nüfuzlu universitetlərdən sayılan Edinburq Universitetinin süni intellekt və kompüter elmləri ixtisasına, Sabancı Universitetinin kompüter mühəndisliyi ixtisasına və Bilkent Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul alıb.
Xanlar Respublika Fənn Müsabiqələrinin informatika fənni üzrə qızıl, Respublika Fənn Olimpiadalarının informatika üzrə qızıl, gümüş və bürünc medalçısıdır.