Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb.
Gencexeber.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.