Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası (AÇDNA) və Azərbaycan Uşu Federasiyasının (AUF) Qərb filialının birgə təşkilatçılığı ilə mayın 11-də uşu idman növü üzrə Açıq Qərb Kuboku keçiriləcək.
Gencexeber.az-ın məlumatına əsasən, turnir Gəncə İdman Liseyində təşkil olunacaq.
Qeyd edək ki, yarış 3 qat dünya, 15 qat Azərbaycan çempionu Elnur Əliyevin xatirəsinə həsr olunub.
Yarışda yeniyetmələr və gənclər kateqoriyasında çıxış edən idmançılar iştirak edəcəklər.