Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən şəhərin hava limanı yolunun sağ və sol hissəsində təmizlik işləri görülüb.
Gencexeber.az bildirir ki, şəhər sakinlərinin və qonaqların hava limanına, eləcə də əks istiqamətə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, adıçəkilən ərazi mövcud kol-kosdan, alaq otlarından, toz-torpaq və məişət tullantılarından təmizlənib.
Analoji təmizlik işləri Məhsəti qəsəbəsində, Nəriman Nərimanov və Əziz Əliyev küçələrinin kəsişməsində də aparılıb.
MKTİB bir daha əhalidən xahiş edir ki, məişət tullantılarını təyin olunan ərazilərə atsınlar.