top
Gəncədə bacısının burnunu yumruqla sındıran qadın cəzadan azad edildi
03 aprel 2026, 17:24
- ↺ +

Gəncədə bacısının burnunu yumruqla sındıran qadın cəzadan azad edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zərifə Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən Zərifə Məmmədova Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1500 manat miqdarında cərimə cəzasından azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara görə, hadisə 11 iyun 2024-cü il tarixdə, saat 13:05 radələrində Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən marketin qarşısında baş verib.

Təqsirləndirilən şəxsin bacısı – zərərçəkmiş Təhminə Məmmədova (adı, soyadı şərtidir) Zərifənin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Zərifə də bunu bəhanə gətirərək bacısı ilə ictimai yerdə mübahisə yaradıb. O, ətrafda olan şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Təhminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra zor tətbiq edərək  yumruğu ilə onun burun nahiyəsinə bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır və şişkinlik xəsarətləri alıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirilib.

Beləliklə, Zərifə Məmmədovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi və özgənin əmlakına ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Bu gün, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Bu gün, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Bu gün, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Bu gün, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Bu gün, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Bu gün, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Oxşar xəbərlər