Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Gencexeber.az məlumat verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
09:24
Gəncədə ailə münaqişəsi zəminində bıçaqlanma baş verib.
Gencexeber.az bildirir ki, şəhərin Məhsəti qəsəbəsində 2004-cü il təvəllüdlü Səma Hətəmli boynundan bıçaqlanıb.
Məlumata görə, hadisə qadının əri tərəfindən törədilib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.