Aşıq Namiq Fərhadoğlu qəza törədib.
Gencexeber.az məlumat verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Aşıq paylaşımında avtomobili ilə yolu keçərkən başqa nəqliyyat vasitəsinin onunla toqquşduğunu bildirib.
Qeyd edək ki, Aşıq Namiq Fərhadoğlu Gədəbəy rayonundandır.