26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümündə şəhidlərin əziz xatirəsinin yad edilməsi, soyqırımı tarixinin unudulmaması məqsədi ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl sektorunun təşkilatçılığı ilə gənclərdən ibarət 613 addımlıq sükut aksiyası keçirilib.
Gencexeber.az bildirir ki, bununla bağlı regional idarə məlumat yayıb.
Bildirilib ki, aksiya hər addım bir şəhidin ruhuna hörmətlə 613 addımlıq sükut yürüşüdür.