Bakıda kombat ciu-citsu üzrə respublika turniri keçirilib.
Gencexeber.az bildirir ki, birincilik Bakıda yerləşən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində təşkil edilib. Çempionatda Nizami yurdunu 14 nəfərdən ibarət komanda təmsil edib.
Məşqçi Ramin Yusifovun rəhbərliyi altında yarışan uşaq və yeniyetmələrin 12-si qızıl, 2-si isə gümüş medala layiq görülüb.
İdmançılarımız medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, Gəncə yetirmələri komanda hesabında ikinci olublar.