MMA üzrə Qarabağ açıq birinciliyi keçirilib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, Gəncəni təmsil edən yeniyetmə və uşaq MMA idmançıları məşqçi Cavidan Cəfərovun rəhbərliyi altında yarışa qatılıblar.
Onlar fəxri kürsüdə aşağıda qeyd edilən yerləri tutublar:
- Pünhan Ələkbərov (52 kq) – 1-ci yer:
- Hilal Mehdiyev (48 kq) – 1-ci yer;
- Hüseyn Həsənov (10-11 yaş, 33kq) – 1-ci yer;
- Yusif Məmmədov (10-11 yaş, 36kq) – 1-ci yer;
- Əli Şirinov (12 -13 yaş, 46 kq) – 1-ci yer;
- Səid Məmmədov (12-13 yaş, 38 kq) – 1-ci yer;
- İsmail Xudiyev (12-13 yaş, 53 kq) – 2-ci yer;
- Hüseyn İbrahimov (14-15 yaş, 66 kq) – 2-ci yer.