Gəncədə baş verən kommunal qəzaya bir aydan çoxdur məhəl qoyulmur.
Gencexeber.az məlumat verir ki, şəhərin Azərbaycan Bayrağı küçəsində 7 saylı evin qarşısında kanalizasiya borusu partlayıb. Sözügedən kommunal qəza bir aydan çoxdur ki, baş verib. Bir dəfə əraziyə baxış keçirən aidiyyəti qurumun əməkdaşlarının problemin aradan qaldırılması istiqamətində gördükləri işlər nəticə verməyib.
Sakinlərin sözlərinə görə, ətrafa üfunət yayan kanalizasiya borusu binanın giriş blokunun yanında deşilib. Natəmiz sular oradan mənbə götürərək küçə boyunca axır. Həmin yerdə çirkab gölməçələri də əmələ gəlib.