İctimai Televiziyada yayımlanan “Səs Azərbaycan” yarışmasının görmədən seçimlər mərhələsinin daha bir iştirakçısı Gəncəni təmsil edib.
Gencexeber.az məlumat verir ki, əslən gəncəli olan Nəzrin Rəcəbzadə “All I ask” ifası ilə çıxış edib.
16 yaşlı ifaçının çıxışına münsiflər arasından müğənni Eldar Qasımov dönüb.
Yarışmanın şərtlərinə uyğun olaraq N.Rəcəbzadə ona tərəf dönən münsiflə yarışın növbəti mərhələsinə hazırlaşacaq.