top
Gəncəli sənətkar: “Rəmiş üçün gitara hazırlamışam” – ÖZƏL MÜSAHİBƏ
04 mart 2025, 16:53
- ↺ +

Gəncəli sənətkar: “Rəmiş üçün gitara hazırlamışam” – ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın bugünkü müsahibi musiqi alətləri hazırlayan sənətkar Asif Quliyevdir.

Müsahibəni təqdim edirik:

- Asif bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1971-ci il avqustun 2-də Kəlbəcər rayonunda dünyaya göz açmışam. Həyatımın 22 ilini Kəlbəcərdə keçirmişəm. 1993-cü ildən bu günə qədər Gəncə şəhərində yaşayıram. Burada həm sənət, həm də pedaqoji fəaliyyəti ilə məşğulam, tardan dərs verirəm.

- Musiqi alətləri hazırlamağa necə başladınız? Bu sahəyə marağınız necə yaranıb?

- Mən peşəkar sənətkarlar üçün bir çox simli musiqi alətləri hazırlayıram: saz, tar, kamança, ud, kanon, elektron gitara, skripka, banco, tambur və s. Xalq artisti Rəmiş (Rafiq Hüseynov) üçün gitara, aşıq Ədalət üçün saz, üzdə olan çox tarzən üçün tar hazırlamışam.

Ən birinci saz hazırlamışam. Atam aşıq Əliş el sənətkarı olub. Bununla yanaşı həm də sazbənd idi. Onun emalatxanası var idi. 7 və ya 8-ci sinifdə oxuyan zaman atamın yanına tez-tez gedir, bu işlər ilə maraqlanırdım. Atam mənə öyrədirdi. Həmçinin Kəlbəcər musiqi məktəbinin tar sinfində oxuyurdum. Saz düzəltməyi atamdan öyrənmişdim.

- Alət hazırlığında hansı materiallardan istifadə edirsiniz?

- Alətlərin hazırlanmasında tut və qoz ağacından çox vaxt istifadə olunur. Kanonun üz qabığı ardıc ağacından olur. Bu ağacı Azərbaycanda tapmaq bir qədər çətindir. Türkiyədən sifariş ilə gətizdirirəm. Skripka üçün ağcaqayın, kamançada ərik ağacından istifadə edirəm. Tar da tut ağacından hazırlanır. Ümumiyyətlə müxtəlif materiallardan istifadə edirik. Hər materialın da özünə görə xüsusiyyəti var.

- Bir musiqi alətini hazırlamaq neçə müddət çəkir? 

- Bir alətin mükəmməl formada ərsəyə gəlməsi üçün ən azı 10 gün vaxt tələb olunur. Şəkilləndirmədən çox onun köklənməsi vaxt aparır. Səslər ayarlanmalıdır.

- Bu prosesdə hansı çətinliklərlə qarşılaşırsınız?

Heç bir çətinliyim yoxdur. İşlədiyim avadanlıqların hamısı müasirdir. İllərin təcrübəsi var. Materiallarımın xarakterini öyrənmişəm. Hansı alətdən nə cür səs çıxdığını artıq bilirəm.

- Təcrübəli musiqiçilər ilə əməkdaşlığınız varmı? Onların rəy və təklifləri alətlərin hazırlanmasına necə təsir edir?

- Sifarişlərim içərisində Xalq artistləri, Azərbaycanda gündəmdə olan tanınmış tarzənlər və saz ifaçıları var. Orta Asiyadan sifarişlər olur. Özbəklər tar, türkmənlər gitaranı sifariş edirlər. Rusiyada yaşayan azərbaycanlılardan, İrandan və Türkiyədən da sifarişlər alıram. Kimsə özünəməxsus alət sifariş edir. Məmnuniyyətlə hazırlayıb, göndərirəm.

- Bu sahədə təhsilin və təcrübənin rolu nə qədər vacibdir? Musiqi alətləri ustası olmaq üçün hansı bacarıqlara sahib olmaq lazımdır?

- 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına tar ixtisası üzrə daxil oldum. Təhsilimi davam etdirə bilmədim. Biz Gəncədə məskunlaşmağa məcbur idik. Gəncədə musiqi kollecini oxumuşam. Kəlbəcər Uşaq İncəsənət məktəbində təhsil aldım. Musiqiçi olmağım mənə avantaj yaradır. Düzəltdiyim alətləri orta səviyyədə çalmağı bacarıram. Musiqi məktəbini bitirməsəydim, mənim də hər hansı dülgərdən fərqim olmazdı. Hansı materialdan istifadə olunmasını bilməyim üçün bu, vacibdir.

- Ən çox hansı musiqi alətlərinə tələbat var?

- Ən çox tələbat olan musiqi alətləri azərbaycanlıların milli sazıdır. Demək olar ki, tələbatda azalma yoxdur. Hazırda musiqi məktəblərində saz tədris olunur. Səhnələrdə saz sözünü deyə bildiyinə görə, tələbat çoxdur. İkinci sırada tar gəlir. Tələbələr və müəllimlər sifariş verir.

- Sizcə, musiqi alətlərinin hazırlanması sənət, yoxsa bir sənaye sahəsidir? 

- Mənim üçün musiqi alətlərinin hazırlanması həm böyük bir sənətdir, həm də maddi qaynaqdır. Gəlir əldə edirəm, bütün maddi ehtiyaclarımı bununla ödəyirəm. Qazancımın 70-80 faizi xammala gedir. Boş vaxtım olanda bu alətlərin suvenirlərini də hazırlayıram. Bundan da həzz alıram.

- Texnologiya və müasir materiallar musiqi alətlərinin hazırlanmasına necə təsir edir? Ənənəvi üsullar və müasir texnologiya arasında bir balans yaratmağa çalışırsınızmı?

- Bunlar hamısı bizim üçün geniş qapılar açır, çox böyük imkanlar yaradır. Müasir texnologiya işimizi daha da yüngülləşdirir. Estetik baxımdan da istədiyimiz nəticəni ala bilirik. Ənənəvi üsullardan da istifadə edirəm.

- Tələbələriniz varmı?

- Tələbəm yoxdur. Müasir gənclər özünü əziyyətə vermək istəmir. Dərhal  qazanmaq istəyirlər. Gənclər həvəssizdir. Elə olur ki, 1 ay ərzində heç mən pul əldə edə bilmirəm. Bunlar isə bir günə çox məbləğ qazanmaq istəyirlər.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər