"Lənkəran" basketbol klubu heyətini ötən gün "Gəncə"dən ayrılan Vladislav Frolovla gücləndirib.
Gencexeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı basketbolçu bu gün yeni komandası ilə ilk məşqinə çıxıb.
Qeyd edək ki, “Lənkəran” 202 sm boya malik Frolovun karyerasında 3-cü Azərbaycan klubu olacaq. 26 yaşlı oyunçu ötən il "Neftçi"nin şərəfini qoruyub.