Gəncədə N.Nərimanov prospekti ilə Vaqif Qəmərli küçəsinin kəsişməsində qəza baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, "Toyota Prius" markalı avtomobil "Opel" və "Hundai" markalı maşınlarla toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.