Gəncədə oğurluq hadisəsi müşahidə kamerasına tuş gəlib.
Gencexeber.az-ın məlumatına əsasən, sözügedən əməl şəhərin Heydər Əliyev prospektində yerləşən 58 nömrəli binanın qarşısında törədilib. Redaksiyamıza təqdim edilən görüntülərdə iki nəfər kişi qurudulması üçün ipdən asılan iki ədəd kişi şalvarını oğurlayıb ərazidən uzaqlaşır.
Şikayətçi həmin şəxsləri tanıdığını, onların ata və oğul olduğunu bildirib. O, əlavə edib ki, binanın qarşısında mövcud müşahidə kamerasına tuş gələn həmin şəxslər spirtli içki aludəçiləridir.