Gəncəyə aid informasiya və rabitə haqqında statistik məlumatlar açıqlanıb.
Gencexeber.az-a Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, şəhərdə informasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında 8,1 milyon manat məbləğində xidmət göstərilib. Onların 95,9 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 26,5 faiz təşkil edib.