Gəncədə uzun müddət təhsil sektorunda çalışan Nazim Hacıyev 68 yaşında dünyasını dəyişib.
Gencexeber.az-ın məlumatına əsasən, N.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirib.
Pedaqoq Gəncə şəhərində 44 və 9 saylı orta məktəblərin direktoru vəzifəsində çalışıb.
Mərhum sabah Göygöl rayon Hacıməlik qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!