top
“Gəncədə heç bir rəssamın emalatxanası yoxdur” – RƏSSAM İLƏ ÖZƏL MÜSAHİBƏ
03 mart 2025, 17:20
- ↺ +

“Gəncədə heç bir rəssamın emalatxanası yoxdur” – RƏSSAM İLƏ ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın bugünkü müsahibi çini qablar üzərində miniatür təsvirlər yaradan rəssam Rasim Hüseynovdur.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim. Çini qablarla məşğul olmağa necə başladınız?

- 1948-ci ildə Gəncə şəhərində anadan olmuşam. Uşaqlıqdan rəssamlığa həvəsim var idi. Ordu sıralarından qayıtdıqdan sonra Çini Qablar zavoduna naxışçı rəssam kimi qəbul olmuşam.

- Çini qabların hazırlanmasında hansı texnikalardan istifadə edirsiniz və özünəməxsus çətinlikləri varmı?

- Çox çətin sənət növünə aiddir. Çünki bir qədər boya qalın vurulanda qaynayır, nazik vurulanda isə sobada yanıb, yox olur.

- Bu sənəti seçməyinizin arxasında hansı motivlər dayanır?

- Sırf həvəsim olduğu üçün bu sənəti seçdim.

- Çini qabların hazırlanmasında ən çox hansı materiallardan istifadə edirsiniz?

- Şirəüstü boyalardan daha çox istifadə edirəm. Bu boyalar 800 dərəcə temperaturda sobada bişir, şirəaltı boyalar isə 1350 dərəcədə bişir.

- Bu sənətin əsas fərqləndirici xüsusiyyətləri nədir?

- Çininin başqa rəssamlıq növündən fərqi ondadır ki, min illərdə torpağın altında qalsa belə, boya öz keyfiyyətini saxlaya bilir.

- İlham aldığınız sənətkarlar və ya dövrlər varmı?

- 1981 ildə miniatür sənəti ilə tanış oldum. Bu sənət növü Şərq poeziyasının əsasında yaranan sənətdir O vaxtdan bu günə qədər miniatür sənətini çini qabların üzərində işləyirəm. Əsasən Nizami Gəncəvinin əsərlərinə müraciət edirəm.

Orta əsrlərin görkəmli miniatür ustası Soltan Məhəmməd Mirağa Əli və başqa sənətkarın əl işlərindən ilham alıb, yaradıcılıq fəaliyyətimi davam etdirirəm.

- Çini qabın hazırlanma müddəti nə qədərdir və hansı mərhələlərdən keçir?

- Mənim sobam ancaq şirəüstü boyalar üçün nəzərdə tutulub. Eskiz hazır olduqdan sonra 5, 10, 15 gün çəkir. Sonra sobaya qoyulur. Elə olur ki, bir işim sobaya 2 dəfə girir Çünki boyaların bişmə temperaturu müxtəlif olur.

- İşlərinizdə ən çox hansı motivlər və naxışlar istifadə olunur?

- Milli naxışlardan çox istifadə edirəm.

- Bu sənəti gələcək nəsillərə necə çatdırmaq istəyirsiniz? Çini sənətinə yeni başlayanlara nə məsləhət verirsiniz?

- Gələcək nəslə çatdırmaq mənim yaralı yerimdir. Çünki Gəncədə heç bir rəssamın emalatxanası yoxdur. Yeni başlayanlara tövsiyəm odur ki, çox səbirli olsunlar.

- Ailədə sizdən başqa bu sənətlə məşğul olan varmı?

- Ailəmdə uşaqlarım öyrənib, ancaq işləmirlər.

- Gəlir nə qədər əldə edirsiniz?

- O qədər də yüksək gəlir əldə edə bilmirəm.

- Sərginiz keçirilibmi?

- 2015-ci ildə Fransada Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət günlərində əl işlərimlə iştirak etmişəm. “Formula 1”də də əsərlərim nümayiş olunub.  Bakıda keçirilən Novruz bayramı şənliklərində və turizm sərgilərində, 2023-cü ildə Laçında Laçın günlərində iştirak etmişəm.

- Şagirdiniz varmı?

- Əgər emalatxana olsa, şagird hazırlamağı özümə şərəf sayardım. Miniatür sənətini inkişaf etdirməyi nəzərdə tuturam. Bu sənət Azərbaycana aid bir sənət növüdür.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər