Gəncədə içməli suyun satışı yeni usulla təqdim edilib.
Gencexeber.az məlumat verir ki, təşəbbüskar şəhər sakini qeyri-ənənəvi yanaşma ilə su təklif edir. Belə ki, ənənəvi olaraq eyni yerdə su satmaq üçün istifadə edilən nəqliyyat vasitəsinin sahibi doldurma prosesini avtomatlaşdırıb.
İndi o, sakinlərə keyfiyyətli su təklif etmək imkanını əldən vermədən şəhərin müxtəlif yerlərində ola bilir. Bu, suyun 20 litrini 20 qəpik qiymətinə satmağa imkan verən avtomatik doldurma sistemi sayəsində mümkün olub.