Nizami Gəncəvi adına Gəncə şəhər Dövlət Tarix-Diyarşünaslıq Muzeyi 2019-cu ilin noyabr ayından təmir bərpa işləri üçün fəaliyyətini dayandırıb.
Lakin, təmir işlərinin 2021-ci ildə bitməsinə baxmayaraq muzey hələ də, fəaliyyətini bərpa etməyib.
Qeyd edək ki, muzeyin əsası 1924-cü ildə qoyulub və burada ümumilikdi 30 minə yaxın eksponat qorunub saxlanılır.
ATV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: