Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən ümumi ərazisi 2 hektar olan və Gəncənin Gülüstan yaşayış massivində yerləşən görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası keçirilib.
Gencexeber.az MKTİB-ə istinadən bildirir ki, istirahət məkanının ərazisinə qurumun Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən Eldar şamı, leylandra, palıd, söyüd və montezuma ağaclarının tingləri əkilib.
Yeni əkilən və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
