Gəncədə avtomobil yollarının təmiri üzrə işlər görülür.
Gencexeber.az-ın məlumatına əsasən, sözügedən işlər Gəncə şəhər stadionunun (“Kəpəz” stadionu) ətrafında yerləşən küçələrdə aparılır. Bunlardan biri də Bakı küçəsidir. Ərazidə asfalt örtüyü sökülərək yenisi ilə əvəz edilib.
Növbəti mərhələdə yolun kənarları qazılıb və küçə boyunca yeni bordürlər düzülüb. Hazırda işlər davam etdirilir.