top
Gəncədə bacı və anasını öldürən: “Müğənnilik edən qadının abır-həyası olmaz”
05 mart 2025, 15:13
- ↺ +

Gəncədə bacı və anasını öldürən: “Müğənnilik edən qadının abır-həyası olmaz”

 

Gəncədə müğənni Səbinə Abbasovanın ölümü ilə bağlı aparılan cinayət üzrə məhkəmə prosesinin təfərrüatları məlum olub.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Müğənni Səbinə Abbasovanın ölüm xəbəri 2023-cü ilin noyabrın 2-də yayılıb. Onun ölümündə ögey qardaşı Hüseyn Abbasov təqsirli bilinərək saxlanılıb.

Hüseyn Abbasov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə ittiham olunub.

Cinayətin məhkəmə istintaqında təqsirləndirilən ögey qardaş Hüseyn Abbasov ifadə verib. Onun sözlərinə görə, Səbinə Abbasova onun ata bir bacısıdır:

“Səbinə ilə görüşüb, danışırdım. Ona dəfələrlə deyirdim ki, müğənnilikdən əl çəksin. Çünki müğənnilik edən qadının abır-həyası olmaz. Deyirdim ki, hər bir ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək. Mənə borcunun olmasını bəhanə gətirdi. Ödəyəcəyimi dedim, razılaşmadı. Bundan sonra dəfələrlə gəlib danışmaq istəyəndə Səbinə dava salıb, səs-küy yaradırdı. Buna görə daha görüşmədim.

Axırıncı dəfə noyabrın 2-si Sumqayıtdan Gəncə şəhərinə gəldim. Uşağın məktəbə getməsini gözlədim. Məktəbə getdikdən sonra fikrim evə qalxıb, söhbət etmək idi. Orada olduğumdan bacım xəbər tutub, yanıma gəlib nə üçün gəldiyimi soruşdu. Söhbət etmək istədiyimi deyəndə yenə səs-küy salmağa başladı. Dedim ki, camaat baxır, burda danışmayaq. Başladı söyüş və təhqirlər etməyə, mən də əsəbiləşib üzərimdə olan bıçaqla onu öldürdüm. Səbinə polisə şikayətə gedən zaman arxasından tutub 17 dəfə bıçaqladım. Yanımızda onun balaca qızı var idi. Səbinənin ölümünə səbəb onun qohumları oldu. Mən sadəcə vasitəçi idim”.

Daha sonra məhkəmədə şahid qismində Səbinə Abbasovanın qızı ifadə verib:

“Hüseyn mənim dayımdır. Hadisə gözümün qabağında baş verdi. Anam səhər toya gedəcəkdi, onun əynini sahmana salmaq üçün oyandım. Yuxudan duranda anamın telefonla danışığını gördüm. Bir yerdə həyətə düşdük. Anam polisə qaçan zaman hadisə baş verdi. Hüseyn amansızca dəfələrlə bıçaqladı. Qorxu və həyəcan içində onlara tərəf qaçaraq ona “anamı vurma, burax anamı” deyə yalvarsam da, o, kürəyindən bıçaqla zərbələr vurmağa davam etdi”.

Şahidlərin dediyinə görə, Hüseyn Abbasov ögey bacısı Səbinə Abbasovadan pul və onu evləndirməsini istəyib. Bunu yerinə yetirmədiyi üçün ögey bacısını öldürüb.

Hüseyn Abbasov bundan qabaq da ölüm hadisəsi ilə bağlı məhkumluq həyatı yaşayıb. Belə ki, o, öz doğma anasını öldürüb. Öldürmə səbəbi isə oxşar hallar olub. Bu cinayət səbəbindən 15 il cəza alıb, hadisədən 6 ay əvvəl həbsdən azad edilib.

Məhkəmənin yekun qərarı ilə Hüseyn Abbasov 19 il müddətində azadlıqdan məhrum edilib. Qərara əsasən, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər