Gəncədə 41 yaşlı E. Ələkbərov hələ ki, bilinməyən səbəblərdən özünü yandırmağa cəhd edib.
Gencexeber.az məlumat verir ki, lakin yaxınları bədbəxt hadisənin qarşısını alıb.
Nəticədə adıçəkilən şəxs xəstəxanalardan birinə yerləşdirilib. Onun hər iki ayağında yanıq xəsarətləri var.
Məlumat üçün bildirək ki, E. Ələkbərov daha öncədə bənzər addım atıb.