Gəncə sakinləri qəzaların tez-tez baş verdiyi ərazidən şikayətçidirlər.
Gencexeber.az məlumat verir ki, sözügedən təhlükəli hal Neman Vəliyev və Əbül Üla Gəncəvi küçələrinin kəsişməsində yaşanır. Şikayətçinin sözlərinə görə, Neman Vəliyev küçəsi ilə hərəkət edən sürücülər Əbül Üla Gəncəvi küçəsindən gələn maşınları “kor zona”da qaldıqları üçün görə bilmirlər.
Bu səbəbdən həmin yerdə baş verən qəzalar digər ərazilərə nisbətdə həyəcanverici tezliklə qeydə alınır.
Vətəndaşlar aidiyyəti qurumdan sözügedən problemin aradan qaldırılması məqsədilə kəsişmədə əksetdirici (təhlükəsizlik) güzgüsünün quraşdırılmasını istəyirlər.