Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.
Direktor qeyd edib ki, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.