Gəncədə gənclərə nazirlik tərəfindən velosipedlər bağışlanıb. Bu haqda 16 iyun tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Bir neçə gün öncə gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Dövlət Aqrar Universitetində gənclərlə görüşü barədə məlumat vermişdik. Tədbir zamanı şəhərdə təşkil edilən veloyürüşlərdə iştiraka görə velosiped üçün müraciət edən tələbələr qısa müddətdə arzularına çatıblar.
Belə ki, nazirlik tərəfindən gənclərə 30 velosiped təqdim olunub. Velosipedlər ADAU-dan 20, GDU-dan 6, Azərbaycan Texnologiya Universitetindən isə 4 tələbəyə verilib.