26.9 C
Gence
23.5 C
Ganja

Gənclər və idman naziri ADAU tələbələri ilə görüşdə olub

Gəncədə nazir tələbələrlə görüşüb. Bu haqda 10 iyun tarixində ADAU-ya istinadən məlumat veririk.

Gənclər və idman naziri Fərid Qayıbov “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetini ziyarət edib. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün nazirə minnətdarlığını bildirib və görüşün tələbələr üçün faydalı olacağına əmin olduğunu vurğulayıb.

Fərid Qayıbov gənclər və idman sahəsində görülən işlər, yeniliklər və hədəflər barədə məlumat verib. Gənclərin müxtəlif mövzular üzrə təklif və ideyaları ilə maraqlanıb, onlara müvafiq dəstəyin göstərilməsi üçün tapşırıqlar verib və suallarını cavablandırıb.

Qeyd edək ki, görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin məsul əməkdaşları iştirak ediblər.