Gəncədə növbəti təyinat olub. Bu haqda 11 iyul tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Ötən gün Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə Əməkdar məşqçi İntiqam Hüseynovun təyin edilməsi barədə xəbər paylaşmışdıq.
Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə həmin quruma rəis müavini də təyin olunub. Bu vəzifə Rəşad Qarayevə həvalə edilib.
Qeyd edək ki, Qarayev Samux rayon Gənclər və İdman İdarəsinin rəisi olub.