Gəncə təmsilçisi bir idmançısı ilə yollarını ayırıb. Bu haqda 23 dekabr tarixində voleybol klubuna istinadən məlumat veririk.
“Gəncə” VK heyətini formalaşdırmağa başlayıb. Təmsilçimiz rusiyalı voleybolçu Anna Balberova ilə əməkdaşlığa son qoyub. İdmançı məşqçilər korpusunun etimadını doğrultmayıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.