Gəncənin icra başçısı Daşkənddə forumda iştirak edib. Bu haqda 25 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə I Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Bura hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da qatılıblar.
Forum çərçivəsində bir sıra sazişlər bağlanıb. Həmçinin tərəflər Səmərqənd və Gəncə şəhərləri arasında qardaşlaşma haqqında sənəd imzalayıb.
Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib. Tədbirdə əvvəlki iclaslar zamanı müəyyənləşdirilmiş tapşırıqlar üzrə görülmüş işlər, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.