Gəncədə polis əməkdaşları bıçaqlanan şəxsin işi ilə bağlı əməliyyat keçiriblər. Bu haqda 27 mart tarixində DİN-ə istinadən xəbər veririk.
Keçirilmiş əməliyyat nəticəsində Gəncə şəhər sakini V.Məmişova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Martın 26-sı saat 9:00 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yerləşən mal bazarında 2 nəfərin Gəncə şəhər sakini V.Məmişova məxsus 2 baş qoyunu soyğunçuluq yolu ilə talayıb aparmağa cəhd göstərməsi, V.Məmişov müdaxilə edərkən həmin şəxslərin ona bıçaqla yüngül xəsarət yetirmələri barədə polisə məlumat daxil olub.Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Paşayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.