Gənclərin iştirakı ilə seminar keçirilib. Bu haqda 13 yanvar tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
"Məşğulluq, sahibkarlıq gənclər arasında iqtisadi biliklərin artırılması" mövzusunda baş tutan seminarda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər ilə iş sektorunun baş məsləhətçisi, gənclər ilə iş üzrə təlimçi-ekspert Maarif Quliyev çıxış edib. İlk növbədə təlimçi iştirakçılara sahibkarlıq haqqında ətraflı məlumat verib. Daha sonra bu sahə üzrə gənclərin istəkləri müzakirə olunub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.