Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda Gəncəli oyunçumuz mübarizəni dayandırıb. Bu haqda bu gün, Gencexeber.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Ötən günün ən uzun oyunu olan Ülviyyə Fətəliyeva ilə çinli dünya çempionu Yu Vençjun qarşılaşmasında təmsilçimiz məğlub olub. Oyunun ortasında üstünlük qazansa da, Ü.Fətəliyeva sonda rəqibinə uduzaraq Dünya Kubokunda çıxışını dayandırıb.
Beynəlxalq yarış 24 avqust tarixinə qədər davam edəcək.