Gəncədə yeni təyinat olub. Bu haqda 30 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Sənədə əsasən, Şəmkir hərbi prokuroru Şöhrət Qəhrəmanov tutduğu vəzifədən azad edilib. O, Gəncə hərbi prokuroru təyin olunub.
Qeyd edək ki, Şöhrət Qəhrəmanovun yerinə Şəmkir Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı İlham Babayev təyin edilib.