Gəncədə gənclər arasında bilik yarışı keçiriləcək. Bu haqda 29 mart tarixində Gəncə İntellektual Klubuna istinadən məlumat veririk.
"Erudit-Kvartet" intellektual oyunu 3sual.az-ın dəstəyi və Gəncə İntellektual Klubunun təşkilatçılığı ilə baş tutacaq. Beləliklə, "Gəncə Erudit-Kvartet Liqası"na start veriləcək.
Liqanın ilk turu 2 aprel tarixində saat 13:30-da Gəncə Gənclər Evində təşkil olunacaq.
Ətraflı məlumat üçün maraqlanan şəxslər (077) 299 25 33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.